06.04.2020 Xəbərlərə qayid

Media savadlılığı niyə bu qədər aktualdır?!

İnformasiya texnologiyalarının hazırkı sürətli inkişafı insanlara informasiya əldə etmək üçün çeşidli imkanlar yaradır. Əgər əvvəllər baş verənlər barədə insanlar ənənəvi mənbələr - qəzet, jurnal, radio və televiziya vasitəsilə informasiya əldə edirdilərsə, bugün bu sıraya internet də əlavə olunmuşdur.

İnformasiya texnologiyalarının hazırkı sürətli inkişafı insanlara informasiya əldə etmək üçün çeşidli imkanlar yaradır. Əgər əvvəllər baş verənlər barədə insanlar ənənəvi mənbələr - qəzet, jurnal, radio və televiziya vasitəsilə informasiya əldə edirdilərsə, bugün bu sıraya internet də əlavə olunmuşdur. Xüsusilə də internetin imkanlarından istifadə etməklə kütləvilik qazanan sosial şəbəkələr informasiyanın sürətli tirajlanmasına gətirib çıxarır. Bu inkişaf ənənəvi televiziya və çap mediasından onlayn mediaya qaçılmaz keçidə səbəb olmuş, bütün dünyada olduğu kimi Azərbaycanda da audiovizual sahəyə təsir göstərmişdir.

İnformasiya texnologiyaları və İnternet istifadəçilərə məlumatın axtarışı, onun yayılması, istehsalı, şəxslərarası rabitə kimi xüsusiyyətləri təqdim edir. Məzmun istehsalında ən son texnoloji nailiyyətlərdən istifadə etmək üçün imkanlar açılır. Müasir media istifadəçilərə özünü təqdim etməkdə kömək edir, sosial şəbəkələr özünü ifadə etmək məkanına, internet isə getdikcə daha çox insan üçün əsas məlumat mənbəyinə çevrilir. Sosial media və sosial şəbəkələr xəbərlərin yaradılması və əldə edilməsi yolunu müxtəlif istiqamətlərdə dəyişir: onlar həm məzmunun yaradılması, məlumatı yaymaq və ötürmək, həm də məlumat əldə etmək üçün bir vasitədir. Facebook, Instagram, Twitter, Youtube və s. məlumatın, xəbərlərin ötürülməsini, fikir və hadisələrin müzakirəsini asanlaşdırır. Blogerlər klassik jurnalistikanın əhatə dairəsini genişləndirir və medianı yeni adlandırılan "blogging" və ya "vətəndaş jurnalistikası" kimi yeni forma ilə zənginləşdirir. Ünsiyyət interaktiv dialoqa çevrilir.

Qlobal informasiya məkanının ayrılmaz parçası olan Azərbaycanda da kommunikasiya vasitələri, o cümlədən, internet, sosial şəbəkələr insanların gündəlik tələbatına çevrilmişdir. Ölkədə əhalisinin 80%-dən çoxu internet istifadəçisi, onların da 82%-i sosial şəbəkə istifadəçisidir. Televiziya və radio yayımı ölkə ərazisinin böyük əksəriyyətini əhatə edir.

İnformasiya texnologiyalarının hazırkı sürətli inkişafı insanlara informasiya əldə etmək üçün çeşidli imkanlar yaradır. Əgər əvvəllər baş verənlər barədə insanlar ənənəvi mənbələr - qəzet, jurnal, radio və televiziya vasitəsilə informasiya əldə edirdilərsə, bugün bu sıraya internet də əlavə olunmuşdur.